Azərbaycan Ordusunda dini radikalizmə qarşı mübarizəyə dair fəaliyyət planı müəyyənləşib
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında Azərbaycan Ordusunda dini radikalizmə qarşı mübarizəyə dair 2025-ci il üçün birgə fəaliyyət planı imzalanıb.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Sənədə əsasən, Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində keçiriləcək tədbirlərin yeri, icra vaxtı və məsul şəxslər müəyyən edilib.
Bu il ərzində hərbi qulluqçularla təşkil ediləcək görüşlərdə Azərbaycançılıq ideyasının, milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılmasının inkişaf etdirilməsi, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlıq və digər mövzularda tədbirlərin keçirilməsi planlaşdırılıb.
Oxşar xəbərlər
Daha bir rayonda yollar əsaslı TƏMİR EDİLƏCƏK
Yevlax şəhərində yolların əsaslı təmiri planlaşdırılır. BAKU.WS-in məlumatına görə, təmir işləri Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək. L...