Azərbaycan Honqkonq pasportunu daşıyanlar üçün vizasız rejim tətbiq edib
Azərbaycan Honqkonq Xüsusi İnzibati Rayonu (HKXIR) pasport sahibləri üçün məhdud müddətə vizasız rejim tətbiq edərək giriş şərtlərini asanlaşdırıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Honqkonq HKXIR-in mətbuata açıqlamasında bildirilir.
Honqkonq XİR pasport sahibləri 2 fevral 2026-cı ildən 2 fevral 2027-ci ilə qədər olan müddətdə üç dəfəyədək, hər girişdə 30 günədək Azərbaycana vizasız səfər edə bilərlər.
"Azərbaycan "Bir kəmər - bir yol" təşəbbüsünün üzv ölkəsidir. Bu təşəbbüs çərçivəsində vizasız razılaşma HKXIR pasport sahiblərinə fayda gətirəcək və ikitərəfli turizm, mədəniyyət və iqtisadi əlaqələrin güclənməsinə kömək edəcək", - deyə HKXIR İmmiqrasiya Departamentinin nümayəndəsi qeyd edib.
Həmçinin qeyd olunur ki, Azərbaycan da daxil olmaqla, hazırda 175 ölkə və ərazi HKXIR pasport sahiblərinə vizasız giriş və ya gəliş zamanı viza təqdim edir.
Oxşar xəbərlər
Dərsliklərdəki problemlər parlamentdə müzakirə olunacaq - Nazir deputata nə deyib?
"Dərsliklərdə problemlər var və az da deyil". BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İskəndərov qur...