Azərbaycan əhalisi ən çox bu məhsullara pul xərcləyir

Azərbaycan əhalisi ən çox bu məhsullara pul xərcləyir
Sosial 55

2026-cı ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 25 milyard 510,7 milyon manatlıq məhsul satılıb.

BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 14 milyard 151,8 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11 milyard 358,9 milyon manatını isə qeyri-ərzaq malları təşkil edib.

2025-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə artım 1,5 faiz, qeyri-ərzaq malları üzrə isə 6,7 faiz olub.

Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,9 faizi ərzaq məhsullarının, 4,6 faizi içkilər və tütün məmulatlarının, 12,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,4 faizi avtomobil yanacağının, 4,4 faizi elektrik malları və mebellərin, 2,9 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,5 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 496,9 manatlıq alış-veriş edib. Bunun 275,7 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 221,2 manatı isə qeyri-ərzaq mallarına xərclənib.

Azərbaycan əhalisi ən çox bu məhsullara pul xərcləyir

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər