Azərbaycan dilində nazir vəzifələrinin yazılış qaydası dəyişdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan dilində nazir vəzifələrinin yazılış qaydası müəyyənləşib.
BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Azərbaycan dilinin Orfoqrafiya Normaları”nda dəyişiklik edilməsi barədə” qərarında əksini tapıb.
Qərara əsasən, nazir vəzifələri bundan sonra aşağıdakı kimi yazılacaq:
Azərbaycan Respublikasının səhiyyə naziri, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tipli mürəkkəb adlarda sahə (səhiyyə) və vəzifə (nazir) bildirən sözlər kiçik hərflə yazılacaq. Bundan əvvəl Azərbaycan Respublikasının Səhiyyə naziri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılırdı.
Oxşar xəbərlər
“Azərbaycan dilinin Orfoqrafiya Normaları”nda dəyişikliklər edilib
Nazirlər Kabineti 438 №li Qərara dair izah verib. BAKU.WS Nazirlər Kabinetinə istinadən xəbər verir ki, Azərbaycan dilinin orfoqrafiya normaları “Azərbaycan Res...