Azərbaycan dili imtahanında iştirak etmək üçün qeydiyyat bu gün başa çatacaq
Azərbaycan dili (dövlət dili) imtahanında (ikinci cəhd) iştirak etmək üçün qeydiyyat başa çatır.
Bu barədə BAKU.WS-ə DİM-dən məlumat verilib.
Bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən, lakin mayın 4-də keçirilən Azərbaycan dili (dövlət dili) imtahanında iştirak etməyən və ya "qeyri-məqbul" qiymət alan abituriyentlər 10 iyun saat 23:59-dək qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına yazıla bilərlər.
Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.
Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ikinci imtahan iyunun 29-da keçiriləcək.
Oxşar xəbərlər
Dünyada Yeni il adət və inancları: kukla yandırmaq, üzüm yemək…
Yeni il bayramı dünyanın müxtəlif ölkələrində fərqli adət və inanclarla qeyd olunur. Rəsmi mənbələrin araşdırmasına görə, bu bayram həm keçmiş ili yekunlaşdırma...