AZAL Rusiyaya üzərlik aparan vətəndaşlara xəbərdarlıq edib
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Rusiyaya səfər etməyi planlaşdıran və özü ilə üzərlik aparan Azərbaycan vətəndaşlarına müraciət edib.
Bu barədə BAKU.WS AZAL-a istinadən xəbər verir.
Müraciətdə qeyd olunub ki, üzərlik bitkisi Azərbaycan qanunvericiliyinə əsasən cinayət tərkibi yaratmasa da, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 229.1-ci maddəsinə (narkotik vasitələrin qanunsuz dövriyyəsi) uyğun olaraq bu bitkinin daşınması ciddi cinayət məsuliyyəti ilə nəticələnə bilər
Şirkət vətəndaşlara Rusiyaya səfər zamanı üzərlik və oxşar bitkiləri özləri ilə aparmamağı tövsiyə edib.
AZAL həmçinin sərnişinləri səfərdən əvvəl gedəcəkləri ölkənin qüvvədə olan qanunvericiliyi və gömrük qaydaları ilə diqqətlə tanış olmağa çağırıb.
Qeyd edək ki, bu maddə Rusiyanın sərhədindən narkotik vasitələrin və oxşar maddələrin qanunsuz keçirilməsinə görə 3 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Cəza maddənin miqdarından (külli və ya xüsusilə külli miqdar), mütəşəkkil dəstənin və ya vəzifəli şəxsin iştirakı kimi hallardan asılı olaraq ağırlaşır və əlavə olaraq 1 milyon rubladək cərimə tətbiq oluna bilər.
Oxşar xəbərlər
İftar vaxtı - 20 fevral 2026: Ramazanın 2-ci günü
Ramazan ayının ikinci günündə - 20 fevral 2026-cı ildə Azərbaycanda oruc tutanları gözləyən imsak və iftar saatları məlum olub. Ramazanın ikinci günü üçün Azərb...