AZAL qəzaya düşən təyyarədəki sərnişinlərlə bağlı məlumat yaydı - 37-si Azərbaycan vətəndaşıdır
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtədə 62 sərnişin olub.
BAKU.WS xəbər verir ki, ilkin məlumata görə onlardan 37 nəfər Azərbaycan vətəndaşı, 16 Rusiya vətəndaşı, 6 Qazaxıstan vətəndaşı, 3 Qırğızıstan vətəndaşı. Sərnişinlərin siyahısı yaxın zamanda ictimaiyyətə açıqlanacaq.
Xatırladaq ki, "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
İlkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...