AZAL Od çərşənbəsində Almatı və Astanaya aviabiletlərə endirim təklif edir

AZAL Od çərşənbəsində Almatı və Astanaya aviabiletlərə endirim təklif edir
Sosial 3

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Novruz bayramı ərəfəsində növbəti endirim aksiyasına start verir.

BAKU.WS bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, aviaşirkət Novruz çərşənbələrindən biri olan Od çərşənbəsində Almatı və Astana istiqamətləri üzrə aviabiletlərə endirim təklif edir.

Xüsusi qiymətlər martın 5-də əldə edilən aviabiletlərə tətbiq edilir. Aksiya yüksək tələbat dövrü istisna olmaqla, aviaşirkətin 1 aprel–31 may 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamildir.

Astana şəhərinə aviabiletlərin qiyməti bir tərəfə 169 manat, hər iki istiqamətdə 338 manat təşkil edir. Almatı şəhərinə bir tərəfə 239 manata, gediş-dönüş aviabiletlərini isə 399 manata əldə etmək olar.

Aksiya çərçivəsində aviabiletlərin qiymətinə hava limanı rüsumları daxildir. Endirimli aviabiletlərin sayı məhduddur.

Biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir.

Aviabiletləri rəsmi

www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. BAKU.WS bu barədə AZAL-a istinadən xəbər verir. Tə...

9 Sosial 10:15 27 fevral 2024

Son xəbərlər