AZAL-ın qəzaya uğramış təyyarəsindən sağ çıxıb "Yoldaşım üçün çox darıxıram" deyən kişi xanımı ilə görüşdü
AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından sonra həyat yoldaşı Müslümat Siracova ilə əlaqə saxlaya bilmədiyini deyən Nurullah Siracov onunla görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
Xatırladaq ki, Nurullah Siracovun qəzadan sonra xanımı ilə bağlı verdiyi açıqlamalar hər kəsi dərindən təsirləndirmişdi. O, nitqində xanımından narahatlığını və onun üçün çox darıxdığını dilə gətirmişdi:
"Qazaxıstanda da, Azərbaycanda da bizə çox yaxşı baxırlar, hər iki ölkənin həkimlərindən razı qaldım. Lap yaxşı baxırlar mənə, bundan yaxşısı olmur. Az öncə qızım və yeznəm gəlmişdi. Onlar Bakıdadırlar. Gəlib mənlə görüşüb getdilər. Qalanları ilə də görüşəcəm ya evdə, ya da bura gələrlər. Bircə bilmək istəyirəm ki, yoldaşım yaxşıdırmı? İnşallah görüşərik. Təyyarədə yan-yana oturmuşduq. Ondan sonra mən onu görməmişəm. Onun üçün çox darıxıram", - Nurulla Siracov qeyd edib.
Qeyd edək ki, əslən Zaqatala rayonunun Danaçı kəndindən olan Siracovlar dekabrın 25-də Bakıdan Qroznıya uçan və Aktau yaxınlığında qəza enişi edən təyyarədə olublar.
Oxşar xəbərlər
"Şuşa" restoranının sökülməsinə aydınlıq gətirilib
Söküntüsünə başlanan "Şuşa" restoranının ərazisi park statusuna malik olmasına baxmayaraq, illər öncə özəlləşdirilib və qeyri-qanuni olaraq sənədlər əldə edilib...