AZAL Dubayın daha bir aeroportuna uçuşlara başlayır və Batumiyə reyslərin müddətini uzadır
Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) sərnişinlərə daha geniş səyahət imkanları təqdim etmək məqsədilə Dubayın daha bir hava limanına uçuşlara başlayır və Batumiyə reyslərin müddətini uzadır.
BAKU.WS bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, aviaşirkət noyabrın 8, 11, 13 və 20-də Bakı-Dubay-Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək. Uçuşlar Bakı aeroportundan Dubayın Əl-Məktum Beynəlxalq Hava Limanına yerinə yetiriləcək. Bu hava limanının bir çox hotellərə yaxın yerləşməsi Dubaya səfəri sərnişinlər üçün daha cəlbedici edir.
Həmçinin AZAL Batumi istiqamətində uçuşları 2025-ci ilin yanvarın 12-nə kimi uzadıb. Bu marşrut üzrə uçuşlar həftədə iki dəfə - cümə və bazar günləri həyata keçiriləcək ki, bu da sərnişinlərə Gürcüstanın məşhur kurort şəhərinə səyahətlərini rahat şəkildə planlaşdırmaq imkanı verir.
Bundan əlavə, aviaşirkət 2025-ci il martın 14-dən 28-nə kimi Batumiyə aviabiletlərin satışını elan edir. Səyahətçilər bahar tətillərində səfərlərini əvvəlcədən planlaşdıra bilərlər.
AZAL aviadaşımalara artan tələbatı qarşılamaq üçün müxtəlif addımlar atır və xüsusilə tələbatın yüksək olduğu dövrlərdə sərnişinlərinə əlverişli şərtlər təklif etməyə çalışır.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
Oxşar xəbərlər
Müştəri evdə yağı əritməyinə peşman oldu: AQTA-dan məsələ ilə bağlı açıqlama
Müştəri marketlərin birindən 2 növ kərə yağı alıb. İddia edir ki, yağları əritdikdən sonra tündrəngli bir maye alınıb. Alıcı videoda bildirib ki, bu, kərə yağın...