AZAL Bakıdan Naxçıvana və əks istiqamətdə bileti əvvəlcədən almağı tövsiyə edib

AZAL Bakıdan Naxçıvana və əks istiqamətdə bileti əvvəlcədən almağı tövsiyə edib
Sosial 4

Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviadaşımalara tələbatın gözlənilən artımını nəzərə alaraq "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu şəhərlər arasında səyahət etməyi planlaşdıranlara aviabiletləri öncədən əldə etməyi tövsiyə edir.

Bu barədə BAKU.WS-ə AZAL-dan bildirilib.

Aviadaşımaların pik dövrləri hər zaman sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur. Bununla əlaqədar olaraq aviaşirkət sərnişinlərə ən uyğun uçuş vaxtını seçmək və narahatlıqla qarşılaşmamaq üçün biletləri əvvəlcədən almağı məsləhət görür.

Aviabiletləri aviaşirkətin

www.azal.az rəsmi saytından, yenilənmiş mobil tətbiqindən və yaxud AZAL-ın kassalarından əldə etmək mümkündür.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər