AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür
Dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür.
BAKU.WS xatırladır ki, 2024-cü il dekabrın 25-də Bakıdan Rusiyanın Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərinə uçan "Azərbaycan Hava Yolları" QSC-yə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Təyyarə Xəzər dənizi üzərində olarkən "SOS" siqnalı verib və Aktau hava limanına təcili eniş etməyə cəhd göstərsə də, yerə çırpılıb.
Faciə nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin baxış zamanı təyyarənin gövdəsində çoxsaylı deşiklər və ciddi zədələr aşkar edilib. Bu fakt hadisənin sadə texniki nasazlıqdan deyil, kənar fiziki təsirdən qaynaqlandığı ehtimalını gücləndirib. Qəza ilə bağlı həm Azərbaycanda, həm Qazaxıstanda, həm də Rusiyada cinayət işləri açılıb.
Hadisədən dərhal sonra Qazaxıstanın fövqəladə hallar qurumları genişmiqyaslı xilasetmə əməliyyatına başlayıb, "qara qutu"lar tapılaraq araşdırmaya cəlb olunub. Dekabrın 26-da Azərbaycanda ölkə üzrə matəm elan edilib. Eyni zamanda Çeçenistan rəhbərliyi də dekabrın 28-ni respublikada matəm günü elan edib.
Oxşar xəbərlər
Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq?
Bakıda üzərində fərdi yaşayış evləri tikilmiş su xətti ləğv edilir, kənardan yenisi çəkilir. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bir neçə gün əvvəl p...