Azad Şuşa şəhəri ilk dəfə sakinləri ilə birgə Yeni ili qarşılayır
Şuşa şəhərində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə "Güllü bağ" ərazisi bayram əhval-ruhiyyəsi ilə bəzədilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən bildirilib.
Bildirilib ki, Şuşa sakinlərinin rəsm və əl işlərindən ibarət sərgisi, hazırladıqları müxtəlif cür kulinariya növləri sakinlər və Şuşaya gələn qonaqlar tərəfindən maraqla qarşılanır.
Eyni zamanda Şuşada fəaliyyət göstərən hotel və restoranlar da bu tədbirdə iştirak edirlər.
Vurğulanıb ki, bayram tədbiri 2025-ci il yanvarın 13-dək davam edəcək.
Qalereya
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə bir ayda 460 mina, 3410 PHS aşkarlanıb
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə aprel ayı üzrə məlumat açıqlanıb. A...