AYNA: “Qırmızı Körpü” gömrük postunda 60 yük maşını gözləyir"

Son bir ayda sıxlıq müşahidə edilən Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 65 yük maşını gözləyir.
Bu barədə “Report”a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, hazırda ölkənin sərhəd-keçid məntəqələrində 176 ədəd yük maşını gözləyir: “Samur” gömrük postunda 45, “Biləsuvar” gömrük postunda 38, “Mazımqara” gömrük postunda 16, "Astara" gömrük postunda 7 və “Xanoba” gömrük postunda 5 yük maşını var.
Xatırladaq ki, “Qırmızı Körpü” gömrük postunda ötən gün gözləmədə yük maşını olmayıb.
Oxşar xəbərlər
AYNA: “Qırmızı-Körpü” gömrük postunda 647 avtomobil gözləyir”
Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı-Körpü” gömrük postunda hazırda 647 avtomobil gözləyir. BAKU.WS xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və N...
