AYNA: Bakıdan bölgələrə iki gündə 28 minə yaxın sərnişin daşınıb
Bakıdan Azərbaycanın bölgələrinə martın 19-20-i tarixlərində 760 reyslə 27 832 sərnişin daşınıb.
BAKU.WS bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
"Gücləndirilmiş rejimin ilk 2 günü ərzində rekord göstəricilər qeydə alınıb. Birinci gündə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) müxtəlif istiqamətlərdə həyata keçirilən 386 reyslə 14 mindən çox, ikinci gün isə BBAK-dan 374 reyslə 13 824 sərnişin daşınıb. Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 135 reys həyata keçirilib", - məlumatda deyilir.
Sərnişinlərin 48 %-i biletlərini onlayn qaydada "biletim.az" portalından əldə edərək səfərlərini reallaşdırıb.
Qeyd edək ki, ölkənin bütün avtovağzal və avtostansiyaları martın 19-dan gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Oxşar xəbərlər
Sabir Əhmədov "Navai" ilə qalmaqalından danışdı: "Bizdə şou-biznes yox, "şou-bazar"dır"
Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb. Proqramın budəfəki qonağı müğənni Sabir Əhmədov olub. Verilişdə müğənni "Navai" ilə qalmaqalından...