Ayaq üstdə dayana bilməyən vətəndaşın pensiyası kəsilib - VİDEO

Bərdə rayon Qazıqurdalı kənd sakini Rəcəb Rəcəbli anadangəlmə hidrosefaliya xəstəsidir.
BAKU.WS xəbər verir ki, bu yaxınlara kimi xəstəliyi ilə bağlı dövlət tərəfindən ödənilən pensiyanı onun anası Nəzakət Qarayeva alıb.
Lakin Rəcəbin 18 yaşı tamam olan kimi həmin pensiya dayandırılıb. Nəzakət xanım Real TV-yə deyib ki, ailənin maddi imkanları onsuz da məhduddur. Son dörd ayda Rəcəbin pensiyasından məhrum olmaları isə vəziyyətlərini daha da çətinləşdirib.
Ananın istəyi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə çatdırılıb.
Ümid edirik ki, həmin qərar tezliklə veriləcək və ailənin durumu yaxşıya doğru dəyişəcək.
Oxşar xəbərlər
İcbari tibbi sığorta ilə bağlı əhaliyə VACİB XƏBƏR - SİYAHI AÇIQLANDI
Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdar...