Avtomobillərdə sərnişin və xüsusilə uşaqların daşınması qaydaları ilə bağlı xatırlatma

"Son vaxtlar bəzi sürücülər tərəfindən sərnişindaşıma qaydalarının kobud şəkildə pozulması hallarına tez-tez rast gəlinir".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu sözlər Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində yer alıb.
Belə ki, hərəkətdə olan avtomobildə sərnişinlərin, xüsusilə uşaqların avtomobilin lükündən, yaxud pəncərəsindən qollarını, başlarını və ya ayaqüstə duraraq bədənlərini çölə çıxarması çox təhlükəlidir.
"Bu cür davranışlar nəinki sürücünün və sərnişinin həyatını riskə atır, həm də digər yol hərəkəti iştirakçıları üçün də ciddi təhlükə yaradır. Avtomobil qəzası zamanı təhlükəsizlik kəmərindən, uşaq oturacağından istifadə olunmadıqda ağır nəticələr qaçılmaz olur və bu hal mövcud qanunvericiliyə əsasən, inzibati məsuliyyət yaradır.

Unutmayın! Sürücülər sərnişinlərin, xüsusilə uşaqların təhlükəsizliyinə görə birbaşa məsuliyyət daşıyırlar. Hərəkətə başlamazdan əvvəl avtomobildə hər kəsin təhlükəsizlik kəmərini bağladığından əmin olmalıyıq. Eyni zamanda, azyaşlı uşaqlar çəkilərinə uyğun uşaq oturacağında daşınmalıdırlar. Yadda saxlayın! Hərəkətdə olan avtomobilin salonunda ayaq üstə durmaq, lükdən və ya pəncərədən bədəni çıxarmaq qadağandır.
Hörmətli yol hərəkəti iştirakçıları!
Yol hərəkəti təhlükəsizliyi hər birimizin ümumi məsuliyyətidir. Bir neçə saniyəlik diqqətsizlik, qaydalara riayət etməmək ölçüyəgəlməz faciələrlə nəticələnə bilər. Həyatınızı və sevdiklərinizi qorumaq üçün hər zaman məsuliyyətli olaq, qaydalara əməl edək", - deyə müraciətdə qeyd edilib.
Oxşar xəbərlər
"Azərbaycanfilm"in pirotexnika ehtiyatı nə dərəcədə təhlükəli idi? - Rejissordan AÇIQLAMA
İyunun 26-sı axşam saatlarında Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində partlayış baş verib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata...
