Avtomobiliniz qışa hazırdırmı? - VİDEO

Avtomobiliniz qışa hazırdırmı? - VİDEO
Video
Sosial 1

Qış mövsümünün yaxınlaşması avtomobillərin bu fəsilə hazırlıq məsələsini gündəmə gətirir.

Avtomobil ustası Cavidan Muradxanlı qışa hazırlıqla bağlı sürücülərə bir neçə məsləhət verib. Usta bildirib ki, qışa hazırlıq xüsusilə payız mövsümündən başlamalıdır.

Onun sözlərinə görə, avtomobilini Bakı şəhərində idarə edən sürücülərin fəsil dəyişikliyi ilə bağlı nəqliyyat vasitəsinin yağını dəyişməsinə ehtiyac yoxdur:

“Hansı yağdan istifadə olunursa, onunla da davam etməlidir. Lakin, soyuq iqlimə malik bölgələrdə sürücülər yağ dəyişikliyi edə bilərlər”.Usta Cavidan Muradxanlı deyir ki, avtomobildə diqqət ediləsi məqamlardan biri də soyutma sistemidir. Onun fikrincə, əgər sürücülər bunlara diqqət etməsələr, qışda avtomobildə yaranan texniki nasazlıq səbəbindən qəza da baş verə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Oxşar xəbərlər

Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN

Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN

Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...

5637 Sosial 18:28 08 fevral 2022

Son xəbərlər