Avtomobili olanlar MÜTLƏQ İZLƏSİN - Bundan sonra... - VİDEO

Avtomobili olanlar MÜTLƏQ İZLƏSİN - Bundan sonra... - VİDEO
Video
Sosial 5017

Dayanma, durma, parklanma, o cümlədən ödənişli parklanma ilə bağlı cərimələr artırılır. Bu məsələ İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb. Layihəyə əsasən, parklanma yerlərinin təşkili və istifadəsi qaydalarının pozulmasına görə nəzərdə tutulmuş maddələr təkmilləşdirilir.

BAKU.WS xəbər verir ki, ödənişli parklanma yerlərində avtomobilini saxlayıb pul ödəmədikdə və ya parklanma yerindən ödəniş edilmiş müddətdən artıq istifadə üçün əlavə ödəniş etmədən sürücünün ərazini tərk etməsinə görə on manat məbləğində cərimə tətbiq ediləcək.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov "Xəzər Xəbər"ə deyib ki, əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər avtomobillərin parklanmasına görə olan cərimə 10 manatdan 20 manata qaldırılacaq.

Müddətdən artıq parklanmaya görə də cərimələr nəzərdə tutulub. Belə ki, nəqliyyat vasitəsini 48 saatdan çox parklanma yerində saxlayanlar 20 manat cərimə ediləcəklər. Hazırda bu müddət 24 saatdır. Ərşad Hüseynov sözlərinə görə, dayanma və durma qaydasını pozan sürücülərə bundan sonra kamera vasitəsilə də cərimə tətbiq oluna biləcək.

"Yol hərəkəti haqqında'' qanuna isə "velosiped zolağı'', ''velosiped yolu'' kimi anlayışlar daxil edilir və onların mahiyyəti təsbit edilir. Təklif edilən digər dəyişikliklə velosipedçinin vəzifələri artırılır. Mühərriksiz velosipedi idarə edən şəxs xüsusi velosiped yolları ilə hərəkət edə biləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bundan sonra dayanma-durmaya görə DYP də cərimə yazacaq

Bundan sonra dayanma-durmaya görə DYP də cərimə yazacaq

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Daxili İşlər Nazirliyinin səlahiyyətlərinin artırılması ilə bağlı Prezidentin imzaladığı Fərmanı şərh edib. Ə.H...

3890 Sosial 14:11 11 iyul 2020

Son xəbərlər