Avtobuslarda bank kartı ilə ödəniş nə vaxt mümkün olacaq? - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda ictimai nəqliyyatda bank kartları ilə gediş haqqının ödənilməsi məsələsi gündəmdədir.
Məsələ ilə bağlı BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) mövzuya münasibət bildirib.
Qurumdan verilən məlumata görə, ölkənin bütün nəqliyyat sistemində nağdsız ödəniş alətlərinin məhdudiyyətsiz tətbiqi əsas hədəflərdən biridir. Texniki imkanlar nəzərə alınmaqla bu istiqamətdə tədbirlərin mərhələli şəkildə həyata keçiriləcəyi qeyd olunub.
Bildirilib ki, ölkənin bütün ərazisində mobilliyin təmin olunması və multimodal daşımalarda vahid kartdan istifadənin mümkünlüyü də əsas məqsədlərdəndir.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...