Avtobuslarda bank kartı ilə ödəniş funksiyası istifadəyə veriləcək - RƏSMİ
Bakı şəhərində ictimai nəqliyyatda "BakıKart" və M10 kimi ödəniş vasitələrindən istifadə olunsa da, Gəncə şəhərində avtobuslarda yalnız bank kartı (NFC) ilə ödəniş qəbul edilir. Bu fərqlilik xüsusilə bank kartı olmayan məktəblilər üçün suallar yaradıb.
BAKU.WS məsələ ilə bağlı Azərbayсan Yerüstü Nəqliyyat Agentliyinə ünvanlanan sorğu ünvanlayıb.
Bildirilib ki, Gəncədə sərnişinlər təkcə bank kartı ilə deyil, həm də CityCard fiziki kartı və bu kartın mobil tətbiqi vasitəsilə ödəniş edə bilirlər. M10-un təqdim etdiyi QR kodla ödəniş funksiyasının CityCard tətbiqində də mövcud olduğu qeyd olunub. Sərnişinlər tətbiqin balansını artıraraq QR kod yarada və avtobuslarda ödəniş edə bilirlər.
Qurumun açıqlamasına görə, Gəncədə hazırda çoxşaxəli və rahat ödəniş imkanları təqdim olunur. Bildirilib ki, yaxın zamanlarda Bakı şəhərində də mövcud sistemlə yanaşı bank kartı ilə birbaşa ödəniş funksiyası istifadəyə veriləcək.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Günəşdə güclü partlayış qeydə alındı - 2025-ci il REKORD həddə
Bu gün, dekabrın 1-i səhər saatlarında Günəşdə ən yüksək X sinifinə aid güclü partlayış baş verib. BAKU.WS xəbər verir ki, bu barədə "Fobos" hava mərkəzinin ba...