Avtobus zolaqları ilə bağlı YENİLİK OLACAQ

Avtobus zolaqları ilə bağlı YENİLİK OLACAQ
Sosial 541

"Bakıda avtobus zolaqlarının 160 km-ə çatdırılması nəzərdə tutulur".

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd edək ki, AYNA tərəfindən təşkil edilən xüsusi hərəkət zolaqlarında avtobuslar maneəsiz və vaxt itkisinə məruz qalmadan sərnişinləri daşıyır. Paytaxt küçələrində xüsusi hərəkət zolaqlarının yaradılmasında məqsəd sərnişinlərin vaxt itkisinə məruz qalmadan daşınmasını təmin etməkdir.

"Hazırda paytaxtın 40-a yaxın küçə və prospektində ümumi uzunluğu 112 km xüsusi hərəkət zolağı təşkil edilib. Avtobus zolaqlarının 160 km-ə çatdırılması nəzərdə tutulur", - deyə AYNA-nın məlumatında bildirilib.

Banu Hüseynli

Oxşar xəbərlər

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sumqayıt şəhərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə "Azəriqaz" İB məlumat yayıb. Məlumata görə, balans qovşaqlarının mövcud xəttə qoşulmas...

103 Sosial 23:56 08 oktyabr 2025

Son xəbərlər