Avtobus zolağından hansı avtomobillər istifadə edə bilər? - RƏSMİ CAVAB
Təcili yardım maşınlarının avtobus zolağından istifadəsi məsələsi cəmiyyətdə tez-tez müzakirə olunur və suallar doğurur. Digər tərəfdən isə, təcili tibbi yardım xidmətlərinin gecikmədən xəstə və ya yaralıya çatması həyati əhəmiyyət kəsb edir, bu zaman xüsusi zolaqlardan istifadə vacib olur.
Məsələ ilə bağlı BAKU.WS-in TƏBİB-ə ünvanlandığı sorğuya cavab olaraq bildirilib ki, "Yol hərəkəti haqqında" Qanuna əsasən, xüsusi hərəkət zolaqlarından ictimai nəqliyyat və operativ xidmət avtomobilləri istifadə edə bilər. Buraya təcili tibbi yardım, polis, yanğından mühafizə və qəza-xilasetmə vasitələri daxildir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) də BAKU.WS-ə bildirib ki, operativ nəqliyyat vasitələri, o cümlədən ambulanslar, avtobus zolaqlarından qanuni şəkildə istifadə edə bilərlər.
Beləliklə, sürücülər bilməlidir ki, təcili tibbi yardım üçün nəzərdə tutulmuş avtomobillərin avtobus zolağından istifadəsi qanunidir və bu, həyati əhəmiyyətli xidmətlərin vaxtında çatdırılmasını təmin edir.
Oxşar xəbərlər
ADSEA sədri üzərində evlər tikilən kollektorun çökdüyü ərazidə olub
Xətai rayonu, Rəşid Bağırov küçəsində üzərində evlər tikildiyinə görə diametri 1200 mm olan tullantı su kollektoru çöküb. Azərbaycan Dövlət Su Ehtiyatları Agent...