Avropada növbəti koronavirus peyvəndi tövsiyə edildi

Avropada növbəti koronavirus peyvəndi tövsiyə edildi
Sosial 132

Avropa Dərman Agentliyi (EMA) ikinci COVID-19 peyvəndinin istifadəsini tövsiyə edib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu dəfə söhbət ABŞ-ın “Moderna” şirkəti tərəfindən istehsal olunan peyvənddən gedir.

Qeyd edilir ki, agentlik peyvəndin keyfiyyəti, təhlükəsizliyi və effektivliyinə dair məlumatları diqqətlə nəzərdən keçirib və Avropa Komissiyasına formal şərtli icazə verməsini tövsiyə edib.

Xatırladaq ki, ötən ilin dekabrında “Pfizer/BioNTech” peyvəndi Avropa bazarına təqdim edilib və elə həmin gün onun istifadəsi təsdiqlənib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər