Avqust ayının bütün sosial ödənişləri yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən avqust ayının bütün sosial ödənişləri başa çatdırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.
Belə ki, avqustun 13-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası üzrə avqust ayının pensiyaları, avqustun 21-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin avqust ayı üzrə pensiyaları ödənilib. Avqustun 27-də isə avqust ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları verilib.
Oxşar xəbərlər
Vətəndaşdan AYNA-ya çağırış: Dayanacaq quraşdırılsın
Baksol yolunda, "Metak" şirkətinin qarşısında yerləşən avtobus dayanacağının olmaması ilə bağlı vətəndaşlar narazılıq edir. BAKU.WS xəbər verir ki, bu barədə so...
