Atası I, özü isə II Qarabağ müharibəsində şəhid olan hərbçimiz Beyləqanda dəfn olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbi qulluqçumuz, gizir Yaqublu Fərman Telman oğlu 1993-cü ildə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olub.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, Vətən müharibəsində iştirak etmiş Fərman Yaqublu göstərdiyi qəhrəmanlıqlara görə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdu.
Şəhid F.Yaqublu Beyləqanda dəfn olunacaq.
Qeyd edək ki, F.Yaqublunun atası da 1992-ci ildə, Birinci Qarabağ müharibəsində şəhid olub.
Oxşar xəbərlər
“Qarabağ” ordeni şəhidin ad günündə ailəsinə təqdim edildi - FOTO
Azərbaycan prezidentinin sərəncamı ilə “Qarabağ” ordeni və bir neçə döyüş medalı ilə təltif olunmuş şəhid gizir Sadıqlı İbrahim Şahin oğlunun ad günündə Müdafiə...