Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) iyunun 5-də Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısını açıqlayıb.
BAKU.WS xəbər verir ki, siyahı QMİ-nin rəsmi veb-səhifəsində yerləşdirilib.
Həmin məkanlar aşağıdakılardır:
Bakı şəhəri üzrə:
1. Yasamal rayonu, Təzəpir məscidi;
2. Nəsimi rayonu, Əjdərbəy məscidi;
3. Səbail rayonu, Bibiheybət məscid ziyarətgahı;
4. Xəzər rayonu, Mir Mövsüm ağa ziyarətgah kompleksi;
5. Nizami rayonu, Sahib Əz-Zaman məscidi;
6. Nizami rayonu, Keşlə qəsəbəsi, Şah Abbas məscidi;
7. Suraxanı rayonu, Qaraçuxur məscidi;
8. Binəqədi rayonu, İmam Əli məscidi;
9. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İmam Rza məscidi.
Regionlar üzrə:
10. Şuşa şəhəri, Yuxarı Gövhər ağa məscidi;
11. Ağdam şəhəri, Cümə məscidi;
12. Gəncə şəhəri, İmamzadə məscid ziyarətgah kompleksi;
13. Lənkəran şəhəri, Mərkəzi Qan Bankının bölməsi;
14. Mingəçevir şəhəri, Heydər məscidi;
15. Sumqayıt şəhəri, Cümə məscidi;
16. Şəki şəhəri, İmam Əli məscidi;
17. Şirvan şəhər məscidi;
18. Bərdə şəhər, İmamzadə məscid ziyarətgahı;
19. Quba şəhəri, Mərkəzi Qan Bankının bölməsi;
20. Masallı şəhəri, Cümə məscidi;
21. Masallı rayonu, Boradigah qəsəbə xəstəxanası;
22. Göyçay şəhəri, Əbülfəzl Abbas məscidi;
23. Xaçmaz Rayon Mərkəzi Xəstəxanası;
24. Salyan şəhəri, Mərkəzi Hacı Tağı məscidi.
Naxçıvan Muxtar Respublikası:
25. Naxçıvan şəhəri, Heydər məscidi;
26. Naxçıvan şəhəri, Sarvanlar məscidi;
27. Naxçıvan şəhəri, Pirqəmiş məscidi;
28. Babək Rayon Mərkəzi Xəstəxanası;
29. Babək rayonu, Qahab kənd tibb məntəqəsi;
30. Babək rayonu, Cəhri kənd tibb məntəqəsi;
31. Babək rayonu, Nehrəm kənd tibb məntəqəsi;
32. Ordubad Rayon Mərkəzi Xəstəxanası;
33. Culfa Rayon Mərkəzi Xəstəxanası;
34. Culfa rayonu, Bənəniyar kənd tibb məntəqəsi;
35. Şahbuz Rayon Mərkəzi Xəstəxanası;
36. Sədərək Rayon Mərkəzi Xəstəxanası;
37. Kəngərli Rayon Mərkəzi Xəstəxanası;
38. Şərur Rayon Mərkəzi Xəstəxanası.
Oxşar xəbərlər
Bu şəxslərə aylıq müavinətin verilməsi DAYANDIRILDI
Azərbaycanda bir qrup şəxsin aylıq müavinətləri dayandırılıb. BAKU.WS "Teleqraf"a istinadla xəbər verir ki, məcburi köçkünlüyü yaradan hallardan əvvəl ərazisi i...
