Astarada marketdə saxta etiketli alkoqollu içkilər müəyyən edilib
Astara şəhəri, İ.Kaverin küçəsində fəaliyyət göstərən, Nurid Həsən oğlu Həsənova məxsus "Olimp" marketdə yoxlama keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, baxış zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.
Marketdə məhsulların saxlama şəraitinə və temperatur rejiminə riayət olunmadığı, mal qonşuluğu prinsipinin pozulduğu, yararlılıq müddəti ötmüş məhsulların satıldığı və digər nöqsanlar müəyyən edilib. Həmçinin qida obyektində "Organic Brand", "Naturel", "Bakinets", "Wheat Water" əmtəə nişanlı alkoqollu içkilərin etiket məlumatlarının saxtalaşdırıldığı və qeydiyyatdan keçməmiş qida obyektində istehsal olunduğu aşkarlanıb.
Faktla bağlı inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Zibil atmaqla bağlı qaydanı pozanlara minlərlə manat cərimə tətbiq olunur
Köhnə mebelləri, tikinti qalıqlarını bəzən hara gəldi atmaq yalnız görüntü çirkliliyi deyil, həm də qanun pozuntusudur. Bir çoxumuz fərqində olmasaq da, bu davr...