Astara gömrük sərhəd buraxılış məntəqəsi ilə yükdaşımaların artırılması koordinasiya edilib
İran və Azərbaycan arasında Astara gömrük sərhəd buraxılış məntəqəsi ilə yükdaşımaların artırılması koordinasiya edilib.
BAKU.WS trend-ə isstinadən xəbər verir ki, bu barədə İranın Azərbaycandakı Səfirliyindən bildirilib.
Bildirilib ki, İranın Azərbaycandakı səfiri Muctaba Dəmirçilu Azərbaycanın Astara gömrük sərhəd buraxılış məntəqəsi ilə yaxından tanış olub və gömrük xidmətinin rəsmiləri ilə görüşüb.
Görüşdə Astara gömrük sərhəd buraxılış məntəqəsində yük maşınlarının keçidinin sadələşdirilməsi və sürətləndirilməsi haqda fikir mübadiləsi aparılıb. Həmçinin keçən yük maşınlarının sayının artırılması, ixrac məhsullarının gözləmə müddətinin azaldılması haqda razılaşma əldə olunub.
Qeyd edək ki, hər ilin sonunda Astara sərhəd-gömrük keçid məntəqəsi ilə yükdaşımalarda ciddi artım müşahidə olunur.
Oxşar xəbərlər
Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun 86 faizi tamamlanıb
Əsgəran–Xocalı–Xankəndi avtomobil yolu layihəsi üzrə ümumi icra faizi 86 % təşkil edir. Bu barədə BAKU.WS-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (A...