"ASAN xidmət" vətəndaşların rahatlığı üçün hansı işləri görür?
"ASAN xidmət" təkcə dövlət xidmətlərinin deyil, həm də bank, sığorta və tərcümə kimi özəl xidmətlərin vahid platformada cəmləşdiyi dövlət-özəl tərəfdaşlıq modelidir".
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Baku TV və "Teleqraf" agentliyinə müsahibəsində deyib.
Agentlik sədrinin sözlərinə görə, vətəndaşların eyni məkanda bir neçə problemini həll edə bilməsi məmnunluğu artıran əsas amillərdən biridir və sadalanan yardımçı xidmətlər "ASAN xidmət"in yaradılması haqqında fərmanda öz əksini tapıb.
"Növbəti 5 il ərzində xidmətlərin sayının artırılması, proseslərin avtomatlaşdırılması və rəqəmsallaşdırılması prioritet hədəflər sırasındadır. Xüsusilə, süni intellekt həllərinin tətbiqi vasitəsilə vətəndaşlara daha operativ xidmət göstərilməsi nəzərdə tutulur. Agentlik sədri, həmçinin 99%-dən çox olan vətəndaş məmnunluğu səviyyəsinin qorunub saxlanılmasının böyük məsuliyyət olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Dostluq küçəsində "çirkab düşmən": Sakinlər beziblər
Binəqədi rayonu, 28 May qəsəbəsinin Dostluq küçəsində kanalizasiya problemi sakinlərin ciddi narazılığına səbəb olub. Baku TV-nin qaynar xəttinə müraciət edən s...