"ASAN xidmət" mərkəzlərinin işıqlandırma sistemləri yenilənəcək - Yarım milyonluq LAYİHƏ
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bəzi "ASAN xidmət" mərkəzlərində binadaxili, fasad və həyətyanı işıqlandırma sistemlərinə texniki dəstək xidmətlərinin satın alınması ilə bağlı tender elan edib.
BAKU.WS-in məlumatına görə, müsabiqənin ümumi dəyəri 447 min 117 manat 96 qəpik təşkil edir.
Qeyd edək ki, satınalma Dövlət Agentliyinin balansında olan bir neçə "ASAN xidmət" mərkəzinin işıqlandırma infrastrukturunun texniki dəstəyini təmin etməyi hədəfləyir. Bu, xidmət keyfiyyətinin artırılması və vətəndaşlara göstərilən şəraitin daha da yaxşılaşdırılması məqsədi daşıyır.
Oxşar xəbərlər
Ötən il Azərbaycanda mobil operatorların gəlirləri 1,3 milyard manata yaxınlaşıb
Ötən il Azərbaycanda informasiya və rabitə sektorunda göstərilən xidmətlərin dəyəri 3 milyard 989 milyon manat olub. BAKU.WS xəbər verir ki, bu barədə Dövlət St...