Arvadını öldürmək istəyən mədəniyyət evi işçisinə ağır cəza: “Onu namus üstündə bıçaqladım”
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkirdə arvadını bıçaqlamaqda təqsirləndirilən Elçin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BAKU.WS pravda.az-a istinadən xəbər verir ki, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. E.Əliyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə bu ilin iyulunda Şəmkir ərazisində qeydə alınıb.
Belə ki Şəmkir rayon sakini Elçin Əliyev həyat yoldaşı, 1985-ci il təvəllüdlü Talehə Əliyeva Nizami qızına bədəninin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri yetirib. Qadın yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.
Daha sonra Elçin Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb və onun barəsində qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmədə ifadə verən Elçin Əliyev deyib ki, arvadını namus üstündə bıçaqlayıb.
Belə ki o, həyat yoldaşının “WhatsApp”da başqa şəxslə yazışmasını tutub. Buna görə də cinayət əməlini törədib.
Xatırladaq ki, Elçin Əliyev mədəniyyət evində çalışıb.
Oxşar xəbərlər
Hazırda həbs həyatı yaşayan keçmiş icra başçıları - SİYAHI
Ötən gün İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə V. Hacıyev 12 il azadlıqdan məh...