Aramsız yağan yağış Azərbaycanda gilasın məhsuldarlığını azaltdı

Əvəvlcə havaların soyuması sonra isə intensiv yağışların yağması məhsuldarlığa təsir edib.
BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, İmişli rayonunda gilas yığımı davam edir. Hazırda bağbanlar tez bir vaxtda məhsulu toplamağa çalışır.
Bağban Nazim Həsənov da uzun illərdir bağçılıqla məşğuldur, deyir ki, bu mövsüm digər illərə görə çox zəifdir.
Bağın bol məhsul verən vaxtlarında 1 tondan çox məhsul yığıldığı halda, bu il 200-300 kiloqram məhsul gözlənilir.
Qeyd edək ki, İmişlidə meyvə bağları ilə tanınan Şahverdili kəndində uzun illərdir sakinlər bağçılıqla məşğuldur. 300-dən təsərrüfatı olan kəndin əsas məşğuliyyəti meyvəçilik hesab edilir. Hazırda kəndin bağlarında gilas yığımı davam edir.
Mövzu ilə bağlı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Şamaxı və İsmayıllıda yaşayış evləri TİKİLƏCƏK
Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti Şamaxı və İsmayıllı ra...
