AQTA tərəfindən COP29-la bağlı təlimat hazırlanıb - FOTO

AQTA tərəfindən COP29-la bağlı təlimat hazırlanıb - FOTO
Sosial 41

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi ilə əlaqədar "COP29 tədbiri zamanı ictimai iaşə obyektlərində sanitar-gigiyenik normalara dair" təlimat hazırlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, təlimat beynəlxalq tədbir zamanı ictimai iaşə müəssisələrində qida təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə hazırlanıb və metodiki tövsiyə xarakteri daşıyır.

Təlimatda ictimai iaşə obyektlərində qida məhsulları, işçi heyəti, təmizlik və dezinfeksiya işləri, qida tullantılarına dair qanunvericiliyin tələbləri öz əksini tapıb.

COP29-la bağlı Agentlik tərəfindən təsdiqlənmiş Tədbirlər Planına əsasən hazırlanan sözügedən təlimatın ictimai iaşə müəssisələrində paylanılması nəzərdə tutulub. Təlimatla linkdən tanış ola bilərsiniz.

AQTA tərəfindən COP29-la bağlı təlimat hazırlanıb - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

AQTA: "71 müəssisədə nöqsanlar müəyyən olunub"

AQTA: "71 müəssisədə nöqsanlar müəyyən olunub"

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən 81 ticarət müəssisəsi və 23 ictimai iaşə müəssisəsində həyata keçirilən mon...

311 Sosial 18:18 13 dekabr 2022

Son xəbərlər