AQTA Rusiyanın istehsalçı şirkətinə qoyduğu məhdudiyyəti aradan qaldırıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyanın istehsalçı şirkətinə qoyduğu məhdudiyyəti aradan qaldırılıb
BAKU.WS xəbər verir ki, bu barədə AQTA-dan bildirilib.
Rusiya Federasiyasının istehsalçı şirkəti "Kurinoe Çarstvo" müəssisəsinə məxsus dondurulmuş toyuq dərisi məhsulunda aşkarlanmış uyğunsuzluqla əlaqədar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən idxalla bağlı qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb.
Belə ki, AQTA-nın bildirişi əsasında, Rusiyanın aidiyyəti qurumu tərəfindən istehsalçı müəssisədə nəzarət tədbirləri görülüb və laborator müayinələr aparılıb. Müvafiq sağlamlaşdırma tədbirləri ilə bağlı AQTA-ya ətraflı məlumat verilib.
Rusiya tərəfindən gücləndirilmiş nəzarət tədbirlərinin görülməsi, həmçinin qarşılıqlı idxal-ixrac əməliyyatları ilə bağlı müvafiq tələblərə əməl olunacağına dair zəmanətin verilməsi nəzərə alınaraq, istehsalçının respublikamıza məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.
AQTA-nın qərarı ilə bağlı Rusiya Federasiyası Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinə müvafiq məlumat verilib.
Oxşar xəbərlər
Sürücülərin NƏZƏRİNƏ - Bu ərazidə parklanma xidməti DAYANDIRILIR
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) "Bakı Metropoliteni" QSC-nin tunel tikintisi ilə bağlı vətəndaşlara müraciət edib. BAKU.WS xəbər verir ki, müraciətdə deyil...
