AQTA ixrac olunan məhsullarda pestisid qalıqları ilə SAHİBKARLARA XƏBƏRDARLIQ
Yeniliklərdən dərhal xəbərdar olun
Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) son dövrlərdə ölkəmizdən ixrac olunan bitki və bitkiçilik məhsullarında pestisid qalıqlarının aşkarlanması ilə bağlı bildirişlər daxil olub.
BAKU.WS xəbər verir ki, bu barədə AQTA məlumat yayıb:
"Aparılan təhlillər nəticəsində müəyyən edilib ki, bu hallar əsasən təsərrüfatlarda bitki mühafizə vasitələrinin normadan artıq və texniki reqlamentlərin tələblərinə uyğun olmayan şəkildə tətbiqi, eləcə də məhsulun ixrac edildiyi təyinat ölkələrində aktiv qeydiyyat statusuna malik olmayan təsiredici maddələrdən istifadə olunması ilə əlaqədardır.
Sahibkarların bitki mühafizə vasitələrinin seçimi və tətbiqi zamanı məhsulun ixrac ediləcəyi ölkənin tələblərinə ciddi şəkildə əməl etmələri vacibdir. Göstərilən tələblərə əməl edilmədiyi halda ixrac zamanı məhsulda həmin ölkədə qeydiyyatda olmayan təsiredici maddələr aşkarlanarsa, həmin partiyanın ixracına icazə verilməyəcək.
AQTA sahibkarları mövcud normativ tələblərə ciddi şəkildə əməl etməyə və ixrac fəaliyyətində risklərin qarşısının alınması məqsədilə məsuliyyətli yanaşma nümayiş etdirməyə çağırır".
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...