AQTA-dan 14 keytrinq xidməti müəssisəsində yoxlama - Nöqsanlar aşkarlanıb

AQTA-dan 14 keytrinq xidməti müəssisəsində yoxlama - Nöqsanlar aşkarlanıb
Foto
Sosial 49

Bu ilin yanvar-sentyabr ayları ərzində ölkə ərazisində fəaliyyət göstərən 14 keytrinq xidməti müəssisəsində yoxlama keçirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, yoxlamalar zamanı çoxsaylı uyğunsuzluq faktları müəyyən edilib.

Aşkar edilmiş əsas uyğunsuzluqlar aşağıdakılardır:

- müəssisənin qeydiyyata alınmadan fəaliyyət göstərməsi;

- mətbəxdə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmaması;

- texnoloji ardıcıllıq prinsipinə əməl olunmaması;

- xammal və hazır məhsulların üzərində etiket məlumatlarının olmaması;

- xammalların müşayiətedici sənədlərinin olmaması;

- yararlılıq müddəti bitmiş məhsulların mövcud olması;

- məhsulların saxlanma qaydalarına əməl olunmaması;

- dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmaması;

- işçi heyətin ilkin və dövrü tibbi müayinədən keçməməsi.

Faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Nöqsan aşkarlanan 12 müəssisənin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub.

Son xəbərlər