AQTA 6 mindən çox bioloji aktiv qida məhsulunu məhv edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə gətirilən və uyğunsuzluq aşkarlanan 6 mindən çox bioloji aktiv qida məhsulunu məhv edib.
BAKU.WS xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Belə ki, daxil olan müraciət əsasında Salyan şəhərində fəaliyyət göstərən apteklərdən birində keçirilən plandankənar yoxlama zamanı 01.11.2023-01.11.2026-cı il istehsal və son istifadə tarixli bioloji aktiv qida məhsulundan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Müayinələr nəticəsində məhsulun tərkibindəki "Koenzim Q10" maddəsinin miqdarının etiket məlumatları ilə uyğunsuzluq təşkil etdiyi müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, məhsul partiyasının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı qərar qəbul edilərək 6 min 113 ədəd məhsul apteklərdən geri çağırılıb və məişət tullantıları poliqonunda məhv edilib.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...