Aprelin 26-da keçirilən buraxılış imtahanında dörd nəfər 300 bal toplayıb

Aprelin 26-da keçirilən buraxılış imtahanında dörd nəfər 300 bal toplayıb
Sosial 30

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 26-da keçirilən buraxılış imtahanında dörd nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Bu barədə BAKU.WS-ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, bu imtahanda iştirakı nəzərdə tutulan 55282 nəfərdən 398 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün iki nəfər imtahandan xaric olunub.

Qeyd edək ki, imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər iyunun 1-i saat 10:00-dan iyunun 3-ü saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər