Aprel şəhidinin anası: "Komandirə deyib ki, səni ölməyə qoymayacağıq"

Aprel şəhidinin anası: Komandirə deyib ki, səni ölməyə qoymayacağıq
Video
Sosial 46

"Zəfərə ilk yol açan bizim balalarımız - Aprel şəhidləri olub".

Bu sözləri Aprel döyüşlərinin (2016 - red.) qəhrəman şəhidi Rəvan Nurayevin anası Həvva Nurayeva Baku TV-nin hazırladığı reportajda deyib.

Şəhid anası Rəvanla bağlı xatirələrindən danışarkən söyləyib ki, sonuncu dəfə oğlunu məzuniyyətə gələndə görüb.

H.Nurayeva övladının döyüş yolundan da söz açıb və onun böyük şücaət göstərərək şəhidlik zirvəsinə yüksəldiyini bildirib:

"Döyüşdə yaralansa da dayanmayıb, qanı axa-axa qabağa gedib. Komandirə deyib ki, səni ölməyə qoymayacağıq. Daha sonra ikinci dəfə vurulub və şəhid olub".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər