Antisanitar şəraitdə kvas istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb
Gəncə şəhərində alkoqolsuz içki (kvas) istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
İstehsal müəssisəsinə baxış zamanı qida təhlükəsizliyi qeydiyyatından keçmədən, antisanitar şəraitdə fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib.
Müəssisədə butulkaların yuyulması üçün müvafiq avadanlıqların və şəraitin mövcud olmadığı, istehsal edilən kvas məhsulunun dəfələrlə istifadə olunan, köhnə və çirkli plastik butulkalarda qablaşdırıldığı, işçilərin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb. Nümunələr götürülərək laborator müayinələrə göndərilib.
Faktla bağlı inzibati protokol tərtib edilib, məhsullar dövriyyədən çıxarılıb.
Qalereya
Oxşar xəbərlər
Azərbacanda bu şəxslərə iki və üç otaqlı mənzillər veriləcək
Ağstafa rayonunda şəhid ailələri və əlilliyi olan şəxslərin mənzillə təmin olunması üçün 9 mənzil alınması nəzərdə tutulur. BAKU.WS-in əldə etdiyi məlumata görə...