Anası iki yaşlı övladından imtina etdi
Abşeronda - Fatimeyi Zəhra Məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından tapılan 2 yaşlı uşağın valideynləri tapılıb.
BAKU.WS xəbər verir ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, anası uşaqdan rəsmi qaydada imtina edib.
"Dünən qəbiristanlıq ərazisində tapılan körpənin "anacığı" tapılıb. Hal-hazırda barəsində cinayət işi açılıb. Uşaqdan rəsmi qaydada imtina etdi. Ruhu belə incimədən...
Sual verdim ki, "bəs düşünmədin ki, uşağa heyvanlar toxunar, xəsarət alar?" Çiyinlərini çəkdi...", - deyə o əlavə edib.
Qeyd edək ki, ötən gün Kəmalə Ağazadə 2 yaşlı uşaq tapılması barədə məlumat yaymışdı.
Oxşar xəbərlər
AYNA: 49 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Paytaxtın Sabunçu rayonunun Mehdi Hüseynzadə küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub. BAKU.WS...