Ambulanslarda olan dərmanların YENİ SİYAHISI
Yeniliklərdən dərhal xəbərdar olun
Ambulanslarda olan dərman siyahısına yenidən baxılıb və sayı artırılıb.
BAKU.WS xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktorunun müşaviri Elşad Məmmədli Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair keçirilən brifinqdə deyib.
O bildirib ki, təcili tibbi yardım avtomobilində olan dərman çantasında yer alan dərmanların yeni siyahısı hazırlanıb.
Müşavir qeyd edib ki, ambulanslarda dərman və tibbi sərf təminatının qəbul olunacaq standartlara cavab verməsi və bunun davamlı olması üçün yeni hazırlanan standartlar tətbiq ediləcək:
"Ambulanslar və çantalar ölkə üzrə vahid standartlar üzrə komplektləşdiriləcək. Personalın, xüsusilə, müasir və yeni alınmış cihaz və avadanlıqları, xərək sistemlərini istifadə etmək bacarıqları diqqət mərkəzində saxlanılacaq".
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...