AMB "Premium Bank" və onun vəzifəli şəxsini cərimələyib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Mərkəzi Bankı (AMB) "Premium Bank" ASC-ni və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.
BAKU,WS report-a istinadən bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinə əsasən "Premium Bank" 50 min manat, 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən isə bankın vəzifəli şəxsi 10 min manat cərimə edilib.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...