AMB kredit risklərinin idarə edilməsinə "Yaşıl Taksonomiya" tələblərini əlavə edib
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası"nda dəyişikliklər edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı AMB-nin sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Əliyar Məmmədyarov yeni qərar imzalayıb.
Qərara əsasən, "yaşıl fəaliyyət"ə Nazirlər Kabinetinin 1 may 2026-cı il tarixli qərarı ilə təsdiq edilmiş "Milli Yaşıl Taksonomiyası"nda müəyyən edilmiş tələblərə uyğun fəaliyyətlər aid ediləcək.
Bundan başqa, beynəlxalq təşkilatların verdiyi təsdiqedici sənədlərə "Milli Yaşıl Taksonomiyası"nda Sektorlar üzrə Texniki Qiymətləndirmə Meyarları cədvəllərinin "Əsas meyarlar/texniki standartlar və tələb olunan sertifikatlar" sütunlarında qeyd edilmiş sertifikasiyalar və ya olduğu halda ESİ reytinqi sənədləri aid ola bilər.
Oxşar xəbərlər
Bərgüşadçay su anbarı ilə bağlı 130 milyon manatlıq LAYİHƏ
Bərgüşadçay su anbarının tikintisinin ikinci mərhələsi çərçivəsində yeni iri layihə icra olunacaq. BAKU.WS-in əldə etdiyi məlumata görə, layihəni Tikilməkdə Ol...