AMB elektron pul təşkilatını və vəzifəli şəxsini 60 min manat cərimələyib
Azərbaycan Mərkəzi Bankı (AMB) "A-Solutions Elektron Pul Təşkilatı" MMC-ni və onun vəzifəli şəxsini ümumilikdə 60 min manat cərimə edib.
BAKU.WS bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun 01.09.2025 – 17.10.2025-ci il tarixlərində şirkətdə həyata keçirdiyi yerində yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkarlanıb. Odur ki, təşkilat İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.4-cü maddələrinə əsasən hüquqi şəxs olaraq 50 000 manat, onun vəzifəli şəxsi isə 10 000 manat cərimə olunub.
Oxşar xəbərlər
XƏBƏRDARLIQ! Yenə ardıcıl yağışlar YAĞACAQ - Bu tarixlərdə...
Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında aprelin 24-25-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. BAKU.WS xəbər verir ki, bu barədə M...