Almaniyada həbs edilmiş şəxs Azərbaycana ekstradisiya olundu
Yeniliklərdən dərhal xəbərdar olun
“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Seyidli Elçin Mir Qasım oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Almaniya Federativ Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Elçin Seyidlinin külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək istintaqdan qaçıb gizləndiyi üçün beynəlxalq axtarışa verilib.
Sentyabrın 23-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Elçin Seyidli Almaniyadan ölkəmizə gətirilib.
Oxşar xəbərlər
Vəkil keçmiş MTN generalının oğluna vurduğu yarım milyon manatlıq ziyanı ödəyib
Həbsdə olan ləğv edilmiş MTN generalı Mövlam Şıxəliyevin ailəsinə qarşı 510 min manatlıq dələduzluqda təqsirləndirilən tanınmış vəkil Elçin Qəmbərovun cinayət i...