Almaniyada 156 Azərbaycan vətəndaşı barədə deportasiya qərarı verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin ilk yarısında Almaniya Miqrasiya və Qaçqınlar üzrə Federal İdarədə (BAMF) Azərbaycan Respublikası vətəndaşlarına sığınacaq verilməsi prosedurları ilə bağlı 422 qərar qəbul edilib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, baxılan işlərdən 39-u barədə mühafizə statusu verilib. 156 işlə bağlı qərar isə mənfi olub. Həmin şəxslərlə bağlı yerli idarə məhkəmələri deportasiya qərarı çıxarıb.
“Dublin prosedur”na görə, ilk viza aldığı Avropa ölkəsinə göndərilmə və ya könüllü qayıdışla bağlı qərarların sayı isə 227 olub.
BAMF-dan bildirilib ki, bu ilin ilk altı ayında federal idarəyə ümumi müracitələrin sayı 97 249 olub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...