Allahşükür Paşazadə TDT-nin dini rəhbərlərinin iclasında iştirak edəcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 10-da Qırğızıstana səfərə yola düşür.
Bu barədə BAKU.WS-ə QMİ-dən məlumat verilib.
Bildirilib ki, A.Paşazadə sentyabrın 11-də Bişkek şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının (TDT MDRİŞ) növbəti toplantısında iştirak və çıxış edəcək.
Xatırladaq ki, TDT MDİRŞ-in Əsasnaməsi Şuşa şəhərində imzalanıb, Birgə Bəyanat qəbul olunub. İstanbul, Bakı, Şuşa, Türküstan, Daşkənd, Astana toplantılarının ardınca Bişkekdə baş tutacaq VI iclasda "İslamda ümmətin vəhdəti" adlı sənədin qəbulu nəzərdə tutulub. Görüş iştirakçılarının Qırğızıstanın ali rəhbərliyi tərəfindən qəbulu və geniş mədəni proqram planlaşdırılır.
Qeyd edək ki, TDT-nin Müsəlman Dini İdarə rəhbərləri Şurasının növbəti iclası Azərbaycanda keçiriləcək.
Oxşar xəbərlər
Bakıda ən ucuz məhsullar bu bazarlarda satılır
"Bakıda bazarlar içərisində ən ucuz məkan "8-ci kilometr" bazarını qeyd etmək olar. Qiymətlərdə ciddi fərqə görə "Meyvəli" bazarı da var". Bu sözləri BAKU.WS-ə...