Allahşükür Paşazadə: "Türk xalqları dar gündə bir-birinin yanında olmalıdır"
Yeniliklərdən dərhal xəbərdar olun
"Türk xalqları dar gündə bir-birinin yanında olmalıdır".
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.
QMİ sədri bildirib ki, Ramazan ayı mərhəmət ayıdır:
"Bu günlərdə biz hər birimiz şəhidlərimizi yad etməli, onları unutmamalıyıq. Bir daha Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edirəm. Sərhəddə duran bütün əsgərlərimizi Allah qorusun. Allah bir daha bizə müharibə göstərməsin”.
Qardaş Türkiyədə dəhşətli zəlzələdə 55 min insanın həyatını itirdiyini xatırladan Allahşükür Paşazadə bunun bir imtahan olduğunu söyləyib:
"Hesab edirəm ki, türk xalqları dar gündə bir-birinin yanında olmalıdır”.
Oxşar xəbərlər
QMİ-də Məhərrəm ayı ilə bağlı toplantı keçirilib
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) iyulun 29-da Məhərrəm ayının başlanması ilə əlaqədar iclas keçirilib. İdarədən BAKU.WS-ə verilən məlumata görə, QMİ sədri Ş...